Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Əgər Mahir Emreli "Dinamo"ya keçsə..." - 1.2 milyonluq borc

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xorvatiyanın "Sportske novosti" nəşri millimizin hücumçusu Mahir Emrelinin Zaqrebin "Dinamo" klubuna mümkün keçidi ilə bağlı yayılan xəbərləri şərh edib.

Press.az xəbərinə görə, qəzetin yazısında qeyd edilir ki, hələlik bu məlumatlara "Dinamo"dan təsdiq cavabı alınmayıb: "Amma bu xəbərləri təkzib etmək də olmur. "Dinamo" və "Legiya" bir-biri ilə artıq işbirliyində olub. Polyaklar Lirim Kastratini "Dinamo"dan 1.4 milyon avroya alıb. Bu məbləğ 24 ay ərzində ödənməli idi. Bizdə olan xəbərə görə, "Legiya" cəmi 200 min avronu "Dinamo"nun hesabına köçürüb. Bu, nə məna kəsb edir? Əgər Emreli "Dinamo"ya keçsə, bu, kluba ucuz başa gələ bilər. Axı, Kastratinin transferinə görə "Legiya"nın 1.2 milyon avro borcu qalıb. Polşa mənbələri bildirir ki,  Emrelinin Polşada illik maaşı 300 min avro təşkil edir".

Xatırladaq ki, M.Emrelinin bu qış  "Legiya"dan ayrılacağı gözlənilir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI