Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ dövlət katibi: “Ukrayna Rusiya ilə danışıqlarda xüsusi yer tutacaq”

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Ukrayna ABŞ və NATO-nun Rusiya ilə təmaslarının mərkəzi mövzularından biri olacaq".

Press.az APA-ya istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ dövlət katibi Entoni Blinken deyib.

Ukraynanın gündəmin mərkəzi məsələsi olduğunu diqqətə çatdıran ABŞ diplomatının sözlərinə görə, ABŞ hər bir forumda "Ukraynaya qarşı təcavüzün böyük nəticələr verəcəyini" vurğulayacaq: "İstənilən diplomatik iş deeskalasiya şəraitində aparılmalıdır".

Qeyd edək ki, gələn həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair dialoqun növbəti raundu, ardınca Brüsseldə NATO-Rusiya Şurasının iclası və Vyanada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr keçirəcək.

Oxşar xəbərlər
OTACI