Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Dinamo" da Mahiri istəyir - Yeni iddia

08 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Xorvatiyanın Zaqreb "Dinamo"su "Legiya"nın futbolçusu Mahir Emrelini transfer etmək istəyir.

Press.az xəbər verir ki, bu barədə Xorvatiyanın "Sportske" nəşri məlumat yayıb.

Bildirilib ki, bu transfer Zaqreb klubuna aşağı məbləğə başa gələ bilər. Çünki Varşava təmsilçisinin "Dinamo"ya 1,2 milyon avro borcu var. Polşa klubu bu mövsümün əvvəlində Xorvatiyanın yüksək liqa təmsilçisindən 1,4 milyon avroya aldığı hücumçu Lirim Kastrati üçün qarşı tərəfə hələlik cəmi 200 min avro ödəyib.

Buna görə "Dinamo" 2 milyon avro qiyməti olan Emrelini daha aşağı məbləğə transfer etmək istəyir. Tərəflər razılığa gəlsələr, klub bu keçid üçün "Legiya"ya 800 min avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Onun adı Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu ilə də  hallanır.

Əlavə edək ki, "Dinamo" Xorvatiya çempionatında 1-ci pillədə qərarlaşıb.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI