First slide

Azərbaycanın 14 xəstəxanasında orqan köçürülməsi həyata keçirilir - SİYAHI

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı məlum olub.

Hazırda ölkədə 14 tibb müəssisəsinə bununla bağlı icazə verilib.

Həmin xəstəxanaların siyahısını təqdim edirik:

1. Akademik Mirməmməd Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanası

böyrəklər

2. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı

qaraciyər, mədəaltı vəzi və onun seqmentləri, böyrəklər, gözün buynuz qişası

3. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin Hərbi Hospitalı

qaraciyər, böyrəklər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi

4. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi

gözün buynuz qişası

5. Mərkəzi Neftçilər Xəstəxanası

qaraciyər, böyrəklər, mədəaltı vəzi və onun seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası

6. “Mərkəzi Klinika” MMC

böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

7. Respublika Müalicəvi Diaqnostika Mərkəzi

ürək, ağciyər (ürək-ağciyər kompleksi), qaraciyər, böyrəklər, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

8. Milli Hematologiya və Transfuziologiya Mərkəzi

sümük iliyi

9. Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikası

qaraciyər, böyrəklər

10. “Gəncə Müalicə Diaqnostika Mərkəzi” MMC

böyrəklər, qaraciyər, ürək, ürək-ağciyər kompleksi, mədəaltı vəzi və seqmentləri, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası, sümük iliyi

11. “Dünya Göz Azərbaycan” MMC

gözün buynuz qişası

12. Bakı Sağlamlıq Mərkəzi

qaraciyər, ağciyər, böyrəklər

13. Baku Medical Plaza

ağciyər

   

14. Bona Dea Beynəlxalq Xəstəxanası

ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası

Qeyd edək ki, bu ilin yanvar ayının 1-dən ölkədə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun qüvvəyə minib.

Oxşar xəbərlər
OTACI