Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir xəstəxanaya orqan köçürülməsi icazəsi verilib

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycanda daha bir tibb müəssisəsinə donor orqanların götürülməsi, hazırlanması və saxlanmasını həyata keçirmək icazəsi verilib.

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin siyahısı"nda dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Belə ki, Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin siyahısına əlavə olunub.

Baş nazirin imzaladığı digər qərarla isə “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na dəyişiklik edilib. Belə ki, Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına daxil edilib.

Oxşar xəbərlər
OTACI