Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

yashat.gov.az portalı və 8110 Çağrı Mərkəzinin fəaliyyətə başlamasından 1 il ötür

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

8 yanvar 2021-ci il  tarixində "YAŞAT" Fondunun  yashat.gov.az portalı   istifadəyə verilib. Həmin tarixdə, həmçinin Fondun 8110 Çağrı Mərkəzi fəaliyyətə başlayıb.
 
Bu günə qədər Çağrı Mərkəzinə 82 mindən çox vətəndaş zəngi daxil olub,  şəhidlərimizin ailə üzvlərinin və yaralıların ümumilikdə 15 minə yaxın müraciəti qeydiyyata alınaraq aidiyyati üzrə yönləndirilib. Bunların 5000-ə yaxını şəhidlərimizin ailə üzvlərinin, 9000-dən çoxu isə yaralılarımızın müraciətləridir.
 
Xatırladaq ki, 8110 Çağrı Mərkəzinə zənglər tam ödənişsizdir.
 
"YAŞAT" Fondu Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli 1203 nömrəli Fərmanına əsasən yaradılmışdır. Fond  Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə yaradılıb.

Oxşar xəbərlər
OTACI