Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BŞTİ: "719 nəfər eksternat imtahanlarında iştirak edib"

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı şəhəri üzrə əvvəlki illərdə ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə bitirə bilməyən şəxslər üçün keçirilən eksternat qaydasında aralıq imtahanları başa çatıb. Onlayn müsahibə şəklində həyata keçirilən eksternat qaydasında aralıq imtahanlarında 719 nəfər iştirak edib.

Bu barədə Press.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edənlərə 10 fənn üzrə (rus bölməsi üzrə Azərbaycan dili dövlət dili kimi əlavə olub) suallar verilib.

Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Oxşar xəbərlər
OTACI