First slide

“Bakı Metropoliteni” işə qəbul elan edib

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Bakı Metropoliteni” QSC “Sərnişin platforması üzrə növbətçi” (HSPN) vəzifəsinə işçi qəbulu elan edib.

Press.az quruma istinadən xəbər verir ki, müsabiqədə iştirak etmək istəyənlər ali və yaxud texniki peşə təhsilli, 30 yaşa qədər, kişilər hərbi xidmət keçmiş olmalıdır. Boy tələbi qadın namizədlər üçün 160 sm və daha uca, kişi namizədlər üçün 165 sm və daha ucadır.

Seçim məntiq testi və müsahibə keçirilməsi yolu ilə aparılacaq. Seçilmiş namizədlər tibbi yoxlamadan keçməklə 1 ay müddətinə xüsusi hazırlıq kursuna buraxılacaqlar.

Kursu müvəffəqiyyətlə başa vuran iddiaçılar test imtahanına cəlb olunacaqlar.

Yüksək bal toplayanlar sərnişin platforması üzrə növbətçi (HSPN) vəzifəsinə qəbul ediləcəklər.

İddiaçılar “Bakı Metropoliteni”nin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olaraq, “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.

Elektron ərizələr yalnız yanvar ayının 10-dan 25-nə qədər olan tarixdə qəbul edilir.

Oxşar xəbərlər
OTACI
OTACI