Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Toylara görə daha bir nəfər cərimələnib

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Yanvarın 6-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 64 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən Press.az-a verilən məlumata görə, monitorinq 63 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 1 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 7 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxşar xəbərlər
OTACI