Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakıda yanğın baş verən məktəb distant təhsilə keçib

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda yanğın baş verən Aslan Muradov adına 84 nömrəli tam orta məktəb distant təhsilə keçib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, bu gün səhər saatlarında Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən məktəbdə yanğın baş verib: "Yanğın məktəbin ikinci mərtəbəsində baş verib, müəllim və şagird heyəti təxliyə olunub. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən yanğın qısa müddət ərzində söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bu gün məktəbdə dərslərin distant qaydada davam etdirilməsi nəzərdə tutulur".

Oxşar xəbərlər
OTACI