Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qazaxıstanda iğtişaşlar zamanı 26 silahlı cinayətkar məhv edilib, minlərlə insan yaralanıb

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanda yanvarın əvvəlində başlayan iğtişaşlar zamanı 3 mindən çox insan saxlanılıb, 26 silahlı cinayətkar öldürülüb, daha 18 nəfər yaralanıb.

Press.az RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Xabar 24" telekanalı məlumat yayıb.

Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər xəbərdarlıq edib ki, silahı yerə qoymaq tələblərinə müqavimət göstərən iğtişaşçılar öldürüləcək.

Ölkənin paytaxtının meriyası, inzibati binalar və polis idarələrinin bütün binaları nəzarət altındadır.

Qazaxıstanda qarışıqlıqlara avtomobillər üçün yanacaq kimi istifadə edilən maye qazın qiymətinin iki dəfə artırılması ilə başlayan etirazlar səbəb olub. Neft hasil edən Manqistau vilayətinin Janaozen və Aktau şəhərlərinin sakinləri qərara etiraz edərək aksiyalara başlayıblar.

Oxşar xəbərlər
OTACI