First slide

Dünyada koronavirusa yoluxma hallarının sayı 300 milyonu ötüb

07 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ-ın federal və yerli hakimiyyət orqanlarının, eləcə də medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Con Hopkins Universitetinin məlumatına görə, dünyada aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 300 milyonu ötüb.

Press.az universitetin saytına istinadən xəbər verir ki, cümə günü Bakı vaxtı ilə saat 7:00-a olan məlumata görə, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 300 002 021-ə çatıb. Qeyd edilir ki, pandemiya ərzində 5 471 856 nəfər koronavirusdan ölüb.

Dünyada koronavirusa ən çox yoluxma və ölüm halı ABŞ-da (58 449 898) qeydə alınıb. Siyahıda ikinci yerdə Hindistan (35 109 286) və Braziliya (22 328 252) qərarlaşıb.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Oxşar xəbərlər
OTACI
OTACI