Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün Bakının Suraxanı qəsəbəsində - Zığ şosesində 104, 113 və 217 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların iştirakı ilə baş vermiş yol qəzası ilə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir ki, hadisə nəzarətə götürülərək müvafiq araşdırma aparılıb. Marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti göstərən "BUS TRANS" MMC", "Transkontrol" MMC və "Azlənd Plaza" MMC-nin məsul şəxsləri Bakı Nəqliyyat Agentliyinə çağırılaraq izahatları alınıb.

Hadisə nəqliyyat vasitələrinin reysə başlanma vaxtından əvvəl qeyd alındığından avtobuslarda sərnişin olmayıb. "Azlənd Plaza"nın müvəqqəti istismarında olan 217 nömrəli marşrutun sürücüsü xəsarət alıb.

Oxşar xəbərlər
OTACI