Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

AQTA istehlaka yararsız 3 tondan artıq dondurmanı məhv edib

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız, istifadə müddəti bitmiş 3 adda, 3442.50 kq müxtəlif növ dondurma məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Bu barədə press.az-a Agentlikdən məlumat verilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

Oxşar xəbərlər
OTACI