Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Salyan sakinindən 10 kiloqram narkotik götürülüb-FOTO

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Salyan rayon sakinindən 10 kiloqram narkotik götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Kərimbəyli kənd sakini Sadiq Rəhimov şübhəli şəxs qismində saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı ünvana keçirilən baxış zamanı evin dam hissəsindən təmiz çəkisi 10 kilo 85 qram olan 104 ədəd sellofan bükümdə qablaşdırılmış marixuana və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı S.Rəhimov bir müddət öncə yaşadığı evin həyətyanı sahəsində 80 ədəd narkotik tərkibli bitkilər yetişdirdiyini, daha sonra isə onları qurudaraq satış məqsədi ilə sellofan torbalarda qablaşdırdığını etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər
OTACI