Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Dünyanın ən çox qazanan ŞİRKƏTLƏRİ

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dünyanın iqtisadi parametrləri beynəlxalq şirkətlərdən asılıdır. Daxil olan gəlir rəhbərin səlahiyyətinə keçsə də, şirkətin fəaliyyət göstərdiyi ərazi də öz növbəsində çiçəklənməyə başlayır. Bu isə yeni iş yerlərinin yaradılması və əhalinin işlə təmin edilməsi yolu ilə baş tutur. Beləliklə bu, qarşılıqlı səmərədir.

Gəlin indi 2022-ci ilin yanvar ayına olan dünyanın ən zəngin 7 şirkətinə nəzər salaq.

Press.az xəbər verir ki, siyahıda Amerika əsaslı şirkətlər üstünlük təşkil edir. Eyni zamanda, sıralamada Səudiyyə Ərəbistanı, Çin, Tayvan, Cənubi Koreya kimi ölkələrin şirkətləri də var.

Birinci yerdə “Apple” şirkəti dayanır.  Şirkətin ümümi büdcəsi 3 trilyon dollar təşkil edir.  Şirkətin istehsal etdiyi məhsullar mobil, iPod, fərdi kompüterlər və planşetlərdir.

“Apple” 2020-ci ildə 275 milyard dollar gəlirlə ən uğurlu brend hesab olunur. Şirkətin əsasını 1976-cı ildə üç texnologiya ustası - Steve Vozniak, Ronald Vayne və Steve Jobs qoyub.

Hazırda onun dünya üzrə 512-dən çox pərakəndə mağazasında 147.000-ə yaxın işçi çalışır.

 

 

İkinci yerdə 2,14 trilyon dollar səhmlə “Microsoft” şirkəti qərarlaşıb. 1975-ci ildə Bill Qeyts və Pol Allen tərəfindən qurulan “Microsoft” fərdi kompüter proqram təminatı bazarında dünya lideridir. Baş ofisi Vaşinqtonun Redmond şəhərində yerləşən “Microsoft” bu il 143 milyard dollar gəlir əldə edib və əmək haqqı fondunda 166 475 işçisi var.

 

Üçüncü yerdə 1,86 trilyon dollar ilə “Saudi Aramco” (Səudiyyə Ərəbistanı Neft Şirkəti) şirkəti qərarlaşıb.

Saudi Aramco 2019-cu ildə, cəmi iki il əvvəl birjaya çıxıb və 1,86 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın üçüncü ən böyük şirkətidir. Səudiyyə Ərəbistanı qlobal neft hasilatının 44%-ni təmin edən digər 12 ölkə ilə birlikdə Neft İxrac Edən Təşkilatın (OPEC) üzvüdür.

Şirkət 2020-ci ildə 230 milyard dollar gəlir əldə edib. “Saudi Aramco”nun Çin, Yaponiya, Rusiya, BƏƏ, ABŞ-da filialları var. Dünya üzrə təxminən 66,800 işçi çalışır və şirkət payının 98,5%-i Səudiyyə Ərəbistanı hökumətinə məxsusdur.

 

Dördüncü yerdə “Google” şirkəti qərarlaşıb. Şirkətin ümumi gəliri 1,8 trilyon dollar təşkil edir. 1998-ci ildə Stenford Universitetində oxuyarkən Larri Peyc və Sergey Brin tərəfindən qurulan şirkət 1,8 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın dördüncü ən böyük şirkətidir.

Kaliforniyada yerləşən “Google”, 2021-ci ilin iyun ayına olan 92,47% bazar payı ilə dünya üzrə axtarış motoru seqmentində liderdir. 2020-ci ildə 182 milyard dollar gəlir əldə edib və dünya üzrə 135 000-ə yaxın işçisi var.

 

 

1,68 trilyon dollarlıq səhm ilə “Amazon” şirkəti beşinci yerdə qərarlaşıb. Şirkət əvvəlcə kitab satışı ilə məşğul olan onlayn bazar şirkəti kimi fəaliyyətə başlayıb və sonra öz onlayn portalında videooyunlar, geyim, mebel, ayaqqabı, kompüter, məişət elektronikası kimi müasir dünyada tələb olunan demək olar ki, hər şeyi satmaq üçün genişləndirilib. Şirkətdə dünya üzrə rekord sayda - 1,298,000 işçi çalışır.

 

 

Altıncı yerdə “Facebook” dur. Ümumi gəliri 992 milyard dollar olan şirkət dünyanın ən məşhur sosial şəbəkələrindən biridir. 2004-cü ildə Mark Zukerberq tərəfindən qurulan “Facebook” yaxın keçmişdə “Instagram”, “WhatsApp”, “Oculus” kimi bir çox sosial media şirkətlərini satın alıb. “Facebook”un 2021-ci ilə qədər təxminən 2,85 milyard aylıq aktiv istifadəçisi var.

 

Dünyanın ən varlı yeddinci şirkəti isə “Tesla”dır. Şirkətin bazar dəyəri 703 milyard dollardır.

 

Şirkət, həmçinin, yaşıl enerji ilə təmin etmək üçün günəş panelləri, dam örtükləri və batareyalar istehsal edir. Tesla 27 digər şirkətlə birlikdə 2020-ci ildə bütün daxili yanma maşınlarını elektrikə köçürmək üçün ZETA (Zero Emission Transport Association (ZETA) yaradıb.

 

“Tesla”nın 70,700 işçisi və dünyanın müxtəlif yerlərində yayılmış 598 pərakəndə mağazası var.

 

Oxşar xəbərlər
OTACI