Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Astarada qardaşını baltalayan qadına cinayət işi açılıb

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Astarada qardaşını baltalayan qadına cinayət işi açılıb.

Bu barədə "Report"a rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, yanvarın 5-i saat 10 radələrində Astara rayonu Təngərüd kənd sakini, 1982-ci il təvəllüdlü İlkin Qənbərova yaşadığı evdə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin bacısı, 1986-cı il təvəllüdlü Nadirə Qənbərovanın şəxsi münasibətlər zəminində əvvəllər aralarında olan mübahisə ilə əlaqədar qeyd edilən tarixdə səhər saatlarında, həmin vaxt yatmış vəziyyətdə olan İlkin Qənbərovun bədəninin müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Nadirə Qənbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Oxşar xəbərlər
OTACI