Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Zaqatalada körpələr evi-uşaq bağçası yanır

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün səhər saat 07:50-də Zaqatala rayonunun Bəhmətli kəndində fəaliyyət göstərən, ümumi sahəsi 200 kvadratmetr olan 75 uşaq yerlik körpələr evi - uşaq bağçasında yanğın başlayıb.

Press.az APA-ya istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyətləri cəlb edilib.

Hazırda yanğın məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində işlər aparılır.

Oxşar xəbərlər
OTACI