First slide

Ötən gün narkotiklərlə əlaqəli 26 fakt müəyyən edilib

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ötən gün daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilib.

Press.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 51 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 41 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 37 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.

Oxşar xəbərlər
OTACI
OTACI