Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Qırğızıstan, Rusiya, Ermənistan, Qazaxıstan liderləri Almatıdakı vəziyyəti müzakirə ediblər

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti, eləcə də Rusiya və Ermənistan liderləri ilə Qazaxıstandakı mövcud vəziyyəti müzakirə edib.

Press.az xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

"Prezident KTMT-yə üzv dövlətlərin rəhbərləri ilə bir sıra telefon danışığı aparıb. Dövlət başçısı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, o cümlədən Ermənistanın Baş naziri Nikol Paşinyanla, həmçinin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinla telefonla danışıb. Ölkələrin liderləri Qazaxıstan Respublikasındakı mövcud vəziyyəti müzakirə etdilər", - xəbərdə deyilir.

Oxşar xəbərlər
OTACI