Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Mağazalarda çörək neçəyə satılır? - VİDEO

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakıda fəaliyyət göstərən ərzaq mağazalarında çörək əvvəlki qiymətə satılır.

Press.az-ın "Xəzər Xəbər"ə istinadən məlumatına görə, mağazalarda zavod çörəyinin qiyməti çəkisinə görə 45-50 qəpik arasında dəyişir.

Məlumat üçün bildirək ki, ötən gündən ölkədə 50 kiloqramlıq bir kisə unun topdansatış qiymətinin 26 manatdan 36 manata qədər artması ilə bağlı məlumat yayıldı.

Bunu iri un və çörək istehsalı ilə məşğul olanlar da təsdiq etdilər. Amma unun bahalaşması zavod çörəyinin qiymətinə hələ ki, təsir etməyib. Paytaxt mağazalarında çörək əvvəlki qiymətə satılır.

Amma bəzi mağaza sahibləri deyirlər ki, sabahdan çörəyin qiyməti bahalaşacaq. Bununla bağlı çörək zavodlarından onlara xəbər verilib. Zavoddan o da bildirilib ki, iri supermarketlərlə artıq bununla bağlı müqavilə bağlanıb. Məhlələrdəki kiçik marketlərlə də bu barədə razılıq əldə ediləcək.

Şəhərdə təndir çörəyi bişirilib satılan mağazalarda da qiymət və çörəyin çəkisi dəyişməyib. Satıcılar deyirlər ki, unun qiyməti baha olsa da, 600 qramlıq çörəyin çəkisini aşağı salmayıblar.

Qeyd edək ki, iri un və çörək istehsalçıları çörəyin qiymətinin unun qiymətinə uyğunlaşdırılacağını deyirlər. Ənənəvi zavod çörəyinin qiymətində 10-15 qəpik bahalaşma olacağı ehtimal edilir.

Oxşar xəbərlər
OTACI