First slide

Qazaxıstan dövlət orqanlarının saytları fəaliyyətini dayandırıb

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Qazaxıstanın bir neçə dövlət qurumunun saytı yenidən fəaliyyətini dayandırıb.

Press.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dövlət qurumlarının saytı ilə yanaşı, ölkə Prezidentinin saytı da işləmir.

Fəaliyyətini dayandıranlar elektron resurslar arasında habelə Səhiyyə Nazirliyinin, Milli Bankın, Daxili İşlər Nazirliyinin, Almatı və Nur-Sultan merinin saytları var.

Qeyd edək ki, çərşənbə günü səhər saatlarında da Qazaxıstan bir sıra saytlarına xaricdən giriş mümkün deyildi, lakin axşam saatlarında resurslar öz işini bərpa edib.

“Sputnik.kz” isə xəbər verib ki, cümə axşamı gecə Almatıda ümumiyyətlə internet fəaliyyətini dayandırıb.

"Almatıda internet yenidən fəaliyyətini dayandırıb", - agentlik öz teleqram kanalında yazıb.

Qeyd edilir ki, Nur-Sultanda komendant saatı başa çatıb və şəhər normal həyata qayıdıb: - avtobuslar küçələrə qayıdıb, sakinlər işə gedir.

Oxşar xəbərlər
OTACI
OTACI