Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədə koronavirusa yoluxanlar üçün karantin müddəti aşağı salınıb

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə koronavirusa yoluxanlar üçün karantin müddəti aşağı salınıb.

Press.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Kocanın yazılı açıqlamasında deyilir.

Nazir bildirib ki, mövcud şərait nəzərə alınmaqla karantin müddətinin yenidən təşkil edilməsi məqsədəuyğun hesab edilib.

Koronavirus testi müsbət çıxan şəxslər üçün karantin müddəti 7 gün müəyyən edilib. 7-ci gündən sonra yüngül və ya heç bir simptomu olmayan insanlar üçün karantin müddəti başa çatır.

Bununla yanaşı, 5-ci gündə testi mənfi olan insanlar karantini erkən bitirə bilərlər.

Mövcud qərarın verilməsinə səbəb "omikron" ştamının az yayılması və bu ştamla yoluxanların yüngül simptomlarının olmasıdır.

Oxşar xəbərlər
OTACI