First slide

Türkiyə Superkubokunun qalibi bəlli olub

06 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə Superkubokunun qalibi müəyyənləşib.

Press.az xəbər verir ki, həlledici matç ilk dəfə Qətərdə təşkil olunub.

Dohada keçirilən görüşdə “Beşiktaş”la “Antalyaspor” üz-üzə gəlib. 21-ci dəfə Superkubok sınağına çıxan İstanbul klubu favoriti olduğu qarşılaşmada hesabı açsa da, üstünlüyünü qoruya bilməyib.

Superkubokun debütantının müqavimətini 33-cü dəqiqədə Atiba Hatçinson qırıb. O, ikinci hissənin bitməsinə 13 dəqiqə qalmış öz qapısına da qol vurub – 1:1.

Qarşılaşmanın taleyi penaltilər seriyasında həll olunub. Daha dəqiq olan “Beşiktaş” (4:2) kuboku başı üzərinə qaldırıb.

Bununla da “Beşiktaş” 9-cu dəfə Superkuboka yiyələnib. Sonuncu dəfə bu mükafata 2006-cı ildə sahib çıxan “ağ-qaralar” “Fənərbaxça” və “Trabzonspor”a çatıb. Bu göstəricidə rekord 16 Superkubok qazanan “Qalatasaray”a məxsusdur.

Qeyd edək ki, 1966-cı ildən keçirilən Türkiyə Superkuboku Qətərdəki oyunadək yalnız üç dəfə ölkə xaricində baş tutub. 2006-08-ci illərdə matça Almaniya ev sahibliyi edib.

Oxşar xəbərlər
OTACI
OTACI