Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Polis əməkdaşı Bakıda qəza törətdi - VİDEO

03 Jan 2022 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakının Səbail rayonu Yeni Salyan yolu 22 (Jurnalist binaları) ünvanında yol nəqliyyat hadisəsi baş verib.

Press.az Redaktor.az-a istinadən xəbər verir ki, axşam saat 20 radələrində işıqforun qırmızı işığına məhəl qoymadan yüksək sürətlə hərəkət edən 01 CE 810 dövlət nömrə nişanlı VAZ 2107 avtomobili "Jurnalist binaları"ndan çıxan 99 LU 761 dövlət nömrə nişanlı "Chevrolet"ə çırpılıb. 

Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib. "Chevrolet"in sürücüsü ağır xəsarət alıb. 

Qeyd edək ki, qəzanı törədən VAZ 2107 markalı avtomobilin sürücüsü çevik polis əməkdaşı olub. O, qəzada xəsarət almayıb. 

Hadisə yerinə Səbail rayon polis idarəsinin 8-ci bölməsinin əməkdaşları, daha sonra yol polisinin əməkdaşları cəlb olunub.

Maraqlıdır ki, hadisə yerində olan "Jurnalist binaları"nın sakinlərinin, eləcə də çevik polis əməkdaşlarının Təcili Tibbi Yardıma dəfələrlə zəng etməsinə baxmayaraq, ambulans hadisədən 1 saat sonra gəlib. Xəsarət alan "Chevrolet"in sürücüsü daha sonra xəstəxanaya çatdırılıb.

Onu da qeyd edək ki, sözügedən ünvanda tez-tez qəza hadisələri baş verir. 

 

Oxşar xəbərlər
OTACI