Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan Qarabağdakı itkilərinin yeni sayını AÇIQLADI

29 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda baş vermiş 44 günlük müharibədə ölənlərin sayı və meyit qalıqlarının DNT analizinin nəticələri ilə bağlı yeni məlumatlar açıqlayıb.


Press.az xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, 24 dekabr 2021-ci il tarixinə kimi 44 günlük müharibə zamanı 3808 nəfər erməni hərbçi və mülki şəxs ölüb.

Komitə bildirib ki, bu il dekabrın 24-nə olan məlumata görə, 1417 nəfərin meyiti və qalıqları müəyyən edilib.

16 avqust 2021-ci il tarixinə 53 meyitin qalıqları əlavə DNT analizi üçün Hollandiyaya göndərilib, onların nəticələri alınıb. Daha 4 meyit qalıqları noyabrda göndərilib, onlardan 42-sinin DNT-si əldə edilib, 37-sinin şəxsiyyəti müəyyən edilib, 5-nin müayinəsi heç bir nəticə verməyib.

İstintaq Komitəs hələlik neçə meyit qalığının kimliyinin müəyyən edilmədiyi barədə sual cavab verməyib. Komitə qeyd edib ki, bu, istintaq sirridir.
 

İstintaq Komitəsi hələ oktyabrın 4-də 44 günlük müharibədə ölənlərin ümumi sayının 3788 nəfər olduğunu bildirmişdi.

Oxşar xəbərlər
OTACI