First slide

2021-ci ilin ən uğurlu azərbaycanlı rejissoru

29 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycanda “SSP Production” tərəfindən istehsal olunan və dünyada böyük maraqla qarşılanan “Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkəsindən festival təşkilatçıları filmlərimizi nümayiş etdirmək üçün bizi dəvət etdilər. Biz şəxsi mənafelərimiz və kommersiya məqsədi üçün yox,  Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Bu, təkcə bizim deyil, eyni zamanda, Azərbaycanın uğurudur. Düşünürəm ki, hər bir yaradıcı insan ölkəmizin təbliği işinə qismən də olsa öz töhfəsini verməlidir. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza aparmışıq”.


Press.az xəbər verir ki, bu fikirləri  “Şollerin arxivi” bədii filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib.


O deyib ki, çəkdiyi filmlər son iki ildə beynəlxalq festivallarda 155 mükafat alıb:

“Ölkə başçısının almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə imzaladığı sərəncama uyğun olaraq, “Şollerin arxivi” filmini çəkdik. Film Alman-Azərbaycan dostluğundan, Azərbaycanın multikultural dəyərlərindən bəhs edir. Dünya mediasında, jurnallarda, saytlarda filmimiz barədə çoxsaylı yazılar yayımlandı. Dünya distribüterləri tərəfindən filmlərimiz “iPitch.tv”, “Vimeo”, “Amazon” 17 platformasına yerləşdirildi. Dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. “Şollerin arxivi” filmindən sonra dünyanın bir çox ölkələrindən festival təşkilatçıları filmlərimiz üçün bizə müraciət etdi”.

Daha sonra “Stalinin qaranlıq keçmişi”, “Nobel qardaşlarının ilk uğuru”, “100 illik şərəfli ömür” sənədli filmlərini istehsal etdiklərini söyləyən Cəlaləddin Qasımov bu ekran əsərlərinin də Avropada uğur qazandığını deyib.


“Bir sözlə, bu filmlərlə Azərbaycan mədəniyyətini dünyaya tanıtmaq işinə gücümüz daxilində töhfələr verməyə çalışdıq.

ABŞ Nümayəndələr Palatasının sponsorluğu ilə keçirilən festivalda qalib olduq, müvafiq jurnalda filmin adı qaliblər sırasında çıxdı. Konqresmen Jimmy Gomez tərəfindən imzalanmış diploma layiq görüldük.

2021-ci ilin dekabr ayında aşağıda göstərilən festivallarda uğurlar qazandıq:

 

“Nobel qardaşlarının ilk uğuru” sənədli filmimiz Hindistanın  “LAKE CITY INTERNATIONAL FILM FESTIVAL” tərəfindən “Ən yaxşı direktor” qalib sertifikatları ilə mükafatlandırıldı. “Stalinin qaranlıq keçmişi” sənədli filmi isə “Ən yaxşı sənədli film” kateqoriyaları üzrə qalib sertifikatları ilə mükafatlandırıldı.

Argentinanın BUEIFF CHANNEL festivalı nüfuzlu Buenos Aires Beynəlxalq Film Festivalının (IMDb Keyfiyyətli Festival) rəsmi tərəfdaşıdır. “Stalinin qaranlıq keçmişi”, “Nobel qardaşlarının ilk uğuru” filmləri  minlərlə film arasından seçilərək festivala daxil olunub və ölkəmizi nümayiş etdirib. Film BUEIFF tədbirinin HCD Teatrında (Buenos Ayres, Argentina) nümayiş olunacaq. Bütün seçilmiş filmlər Fəxri Laurel və iştirak barədə Rəsmi Sertifikat alacaq.

Almaniyanın “Cinema of Nations” festivalına “Şollerin arxivi” filmimiz festivalın seçilmişlər siyahısına daxil olub.  Festival ölkələr arasında kino görüşü təşkil etmək, bütün ölkələrə şans vermək, kinematoqrafları tanıtmaq, insanların və millətlərin bərabərliyini bir daha təsdiq etmək,
qonaqpərvərlik və humanizm dəyərlərini təbliğ etmək məqsədilə keçirilir. 

Türkiyənin “Nartugan Film Festivali”na “Edam günü” filmimiz festivalın seçilmişlər siyahısına daxil olub.

Hindistanın “5th INTERNATIONAL FOLKLORE FILM FESTIVAL [email protected]” festivalına “Stalinin qaranlıq keçmişi” filmimiz seçilib. Festival 1-5 yanvar aralığında keçiriləcək. 

İngiltərənin “Filmmakers United İnternational Film Festival”na “Edam günü”  filmimiz festivalın seçilmişlər siyahısına daxil olub və sertifikatla təmin olunub. “Şollerin arxivi” filmimiz isə festivalda “Fəxri Ad” qazanıb və sertifikat verilib. Qeyd edək ki, “Filmmakers United İnternational Film Festival”ı IMDb Keyfiyyətli Festivaldır.

 “Nobel qardaşlarının ilk uğuru” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndərildi və dünyada böyük maraqla qarşılandı. Avropada uğurlar qazandı. Filmin çəkilişləri 2019-cu ildə başa çatıb”.

Oxşar xəbərlər
OTACI