Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Nazirlikdəki islahatlar davamlı olacaq

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq.

Press.az-ın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, kadr dəyişiklikləri islahatların bir növ davamıdır:

“Gənclər və idman sahəsində işlərə başlanılıb. Layihələr hazırlanır. Lakin bu işlər birdən-birə həyata keçirilmir. Hal-hazırda araşdırmalar gedir, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı istiqamətdə işlərin getməsini müəyyəndirəcəyik və qərarları qəbul edəcəyik.

Gənclər evlərimiz var. Onlar nə ilə məşğuldur, hansı işləri görməlidirlər? Olimpiya idman kompleksləri, idman klublarımızın fəaliyyəti, strukturu necə olmalıdır? Uşaq idmanından tutmuş milli komandaya qədər idmançılarımızın necə olması, hansı dəstəyin göstərilməsi üzərində iş gedir”.

Oxşar xəbərlər
OTACI