Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Masallıda 1000 manat dəyərində əlvan metallar oğurlayan rayon sakinləri saxlanılıb-FOTO

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Masallıda 1000 manat dəyərində əlvan metallar oğurlayan rayon sakinləri saxlanılıb. Digər əməliyyatl-axtarış tədbirləri ilə isə həmkəndlisinin evindən oğurluq edən rayon sakini yaxalanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Press.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axşam saatlarında rayon ərazisindəki metal qəbulu məntəqələrindən birindən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Masallı rayon sakinləri əvvəllər məhkum olunmuş Qabil Əmənov və Rəşad Nəcəfov olduqları müəyyən edilib. Həmin şəxslərin daxil olduğu obyektdən  ümumilikdə 1000 manat dəyərində əlvan metallar və 1 ədəd kəsici aparat oğurladıqları məlum olub. 

Masallı RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Türkoba kəndi ərazisindəki evlərdən birindən oğurluq etməkdə şübhəli bilinən həmin kəndin sakini Əmrah Əkbərov saxlanılıb. Onun daxil olduğu yaşayış evindən 700 manat pul oğurladığı müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır

Oxşar xəbərlər
OTACI