Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda daha bir qadağa LƏĞV OLUNUR

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərə dəyişiklik edilib.

Press.az Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, dəyişikliyə əsasən, geyim satışı ilə məşğul olan ticarət obyektlərində geyim dəyişmə otaqlarından istifadəyə hər müştəridən sonra dezinfeksiya işləri aparılması şərti ilə icazə verilir.

Qeyd edək ki, bundan öncə Səhiyyə Nazirliyinin "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə bəzi sahə və istiqamətlər üzrə koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlərin təsdiq edilməsi barədə” qərarında dəyişmə otaqlarından istifadə qadağan idi.

Oxşar xəbərlər
OTACI