Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Kəlbəcərdə şəhid olan əsgər doğulduğu kənddə dəfn olunacaq

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində şəhid olan əsgər Siyəzəndə dəfn olunacaq.

Press.az-ın məlumatına görə, şəhid Asif Adil oğlu Əliyev rayonun Zarat kənd qəbiristanlığında torpağa tapşırılacaq.

Məlumat üçün bildirək ki, A.Əliyev 2002-ci ildə Siyəzənin Zarat kəndində dünyaya gəlib. O, Vtən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah rəhmət etsin!

Oxşar xəbərlər
OTACI