Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN məktəblilər arasında narkotik istifadəçilərin olması ilə bağlı iddialara münasibət bildirib

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Məktəblilər və tələbələr arasında narkotik istifadəçiləri olması ilə bağlı sosial şəbəkə seqmentlərində yayılan iddialar əsassızdır. Bunu qəsdən yayırlar ki, cəmiyyətdə çaşqınlıq yaransın. Heç bir fakt yoxdur".

Bunu Press.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

"Valideynləri əmin edirik ki, daxili işlər orqanları tərəfindən şagird və tələbələrlə bağlı daxil olan bütün “siqnal”lar qeydi-şərtsiz yoxlanılır. Hətta “feyk-neys”lar belə diqqətdən kənarda qalmır. Respublikamızın bütün təhsil ocaqları və onların yerləşdiyi küçələr daxil olmaqla, ərazi polis orqanlarının tam nəzarətindədir. Əməliyyat şəraitinin effektiv təminatına fasiləsiz nəzarət olunur", - şöbə rəisi bildirib.

Oxşar xəbərlər
OTACI