Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Real” 225 milyon avro kredit götürdü

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Real” ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionunun yenidənqurma işlərini genişləndirmək üçün 225 milyon avro kredit götürüb.

Press.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Madrid təmsilçisi stadionda ilkin layihədə nəzərdə tutulmayan böyük yeraltı istixana tikmək niyyətindədir. Bildirilir ki, bu istixana  sayəsində arenanın ot örtüyü optimal və mükəmməl formada qalacaq. Beləliklə, qazona təsir etmədən həyata keçirilə bilən fəaliyyətlərin sayı maksimuma çatacaqdır.

“Real” götürdüyü 225 milyon krediti 27 il ərzində 1,53 sabit faizlə geri qaytaracaq. Qeyd olunub ki, bu, uzunmüddətli maliyyələşdirmə üçün ən yaxşı kredit şərtləridir.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI