Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

COVID-19-a qarşı yüksək dəqiqliyə malik test ixtira olunub

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İnsanın ağız suyunun antigenlərin analizinə əsasən koronavirusun, o cümlədən “omikron” ştamının mövcud olub-olmamasını 97 faiz dəqiqliklə təyin edən yeni sürətli test yaradılıb.

Press.az xarici KİV-ə istinadən xəbər verir ki, Sinqapur Milli Universiteti, Milli Onkologiya Mərkəzi və Ümumi Xəstəxana ekspertlərinin birgə çalışması olan yeni test qarşıdakı 3 ay ərzində bazara çıxarılacaq.

Müəlliflərə görə, cavabı 15 dəqiqə ərzində verilən testin dəqiqliyi PCR səviyyəsində, yəni 97 faizə yaxındır. Üstəlik bu testdən istənilən vaxt, o cümlədən yeməkdən sonra istifadə edilə bilməsi də onun üstün cəhətidir.

Mövcud testlərin əksəriyyətinə nisbətən daha ağrısız olan yenisi həm kütləvi, həm də ev şəraitində tətbiq edilə bilər.

Oxşar xəbərlər
OTACI