Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Saakaşvili səhhəti ilə əlaqədar məhkəmədə iştirak edə bilməyəcək

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili səhhətindəki problemə görə Tbilisi şəhər məhkəməsinin onun işi ilə bağlı iclasında iştirak edə bilməyəcək.

Press.az xəbər verir ki, bu barədə M.Saakaşvili feysbuk səhifəsində bildirib.

"Səhhətimlə əlaqədar sabahkı (bugünkü-red) prosesdə iştirak etməyəcəm. Məni məhkəməyə getməyə vadar edən yeganə məsələ o insanların bir neçə aydır təzyiqlərə məruz qalması idi. Bu insanlar dərhal azadlığa buraxılmalıdırlar”, - Saakaşvili qeyd edib.

Tbilisi Şəhər Məhkəməsi dekabrın 9-da keçmiş prezidentin sərhədi qanunsuz keçməsi ilə bağlı məsələni ikinci dəfə baxışa çıxaracaq.

Qeyd edək ki, Saakaşvili məhkəmənin noyabrın 16-da keçirilən ilk iclasında da iştirak etməyib.

Oxşar xəbərlər
OTACI