Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Xəzərdə qalıqları tapılan neftçinin kimliyi bilindi - 6 il əvvəl itkin DÜŞMÜŞDÜ

09 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2015-ci il dekabrın 4-də "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə baş vermiş qəza nəticəsində itkin düşən neftçilərdən birinin meyitinin tibbi ekspertizasından sonra şəxsiyyəti müəyyənləşib. Meyit ölən neftçilərdən birinə - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərova məxsusdur.

Press.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə neftçinin oğlu Bəhruz Cəfərov məlumat verib.

Qeyd edək ki, bir neçə gün əvvəl SOCAR dənizdə insan qalıqlarının tapıldığını, onun Neft Şirkətinin dekabrın 1-də itkin düşmüş əməkdaşına məxsus olmadığını açıqlamışdı.

Xatırladaq ki, 4 dekabr 2015-ci ildə "Neft Daşları” NQÇİ-nin 501 nömrəli özülündə güclü tufan nəticəsində dalğalar estakada döşəməsini üstündəki yaşayış köşkü ilə birlikdə dənizə atıb. Hadisə baş verərkən buxar aqreqatının maşinisti 1971-ci il təvəllüdlü Cavad Xudaverdiyev, səyyar aqreqatın motorçuları - 1961-ci il təvəllüdlü Bəhmən Cəfərov və 1974-cü il təvəllüdlü Rövşən Məmmədov köşkdə olublar. Qəza ilə bağlı Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, "Günəşli" yatağında baş verən faciə də eyni vaxta təsadüf edir.

Oxşar xəbərlər
OTACI