Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ukrayna prezidentinin sözçüsü: “Türkiyənin danışıqlara qatılmasına razıyıq”

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Kiyevin mövqeyi ondan ibarətdir ki, Ukrayna münaqişənin həlli baxımından səmərəli olacaq danışıqların istənilən formatını dəstəkləyir.

Press.az xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov açıqlamasında bildirib.

"Biz Rusiya ilə birbaşa danışıqların tərəfdarıyıq. Türkiyənin iştirakı ilə danışıqlara da razıyıq. Normandiya üstəgəl ABŞ variantı da uyğundur. Əsas odur ki, bu əməli nəticələr versin”, - deyə o bəyan edib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Moskva ilə Kiyev arasında vasitəçiliyini təklif edib.

Oxşar xəbərlər
OTACI