Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bayden Rusiyanın Ukraynaya hücumu qarşılığında ABŞ-ın edəcəklərini açıqladı

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

ABŞ Ukraynadakı vəziyyətlə əlaqədar Rusiya Federasiyasına qarşı birtərəfli qaydada güc tətbiq etməyəcək.

Press.az xəbər verir ki, bunu ölkə prezidenti Co Bayden bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiyanın Ukraynaya hücum edəcəyi təqdirdə ABŞ NATO ölkələrindəki hərbi mövcudluğunu genişləndirəcək və Ukraynanın müdafiə qabiliyyətini gücləndirməyə kömək edəcək.

Həmçinin, Bayden bəyan edib ki, ABŞ və NATO-nun fövqəladə vəziyyətlərdə Ukraynanın müdafiəsi üçün hərbçilərini göndərmək kimi bir öhdəliyi yoxdur.

Oxşar xəbərlər
OTACI