Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistanda mülki vətəndaş əsirlər siyahısına daxil edildi

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanın hərbi polisi hərbi əsir və itkin düşmüş şəxslərin siyahıları ilə manipulyasiya faktını aşkarlayıb.

Press.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir. Bildirilir ki, hərbi polisə müxtəlif struktur bölmələrinin vəzifəli şəxsləri tərəfindən 2021-ci ilin yanvar ayında hərbi qulluqçu və könüllü olmayan vətəndaş R.A.nın əsir və itkin düşmüş şəxslər siyahısına daxil edilməsi barədə faktlar daxil olub.

"Bu, ağır nəticələrə gətirib çıxardı: Hərbi qulluqçuların Sığorta Fondundan R.A.-nın ailəsinə bu günə kimi 2 milyon 700 min dram vəsait köçürülüb”, - məlumatda deyilir.

Faktla bağlı bu il dekabrın 7-də Ermənistan Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ("Vəzifə öhdəliklərinə səhlənkarlıq”) üzrə cinayət işi başlanıb.

Oxşar xəbərlər
OTACI