First slide

Amerikalı sərmayədarlar azad olunan ərazilərin bərpasında iştirak edəcək

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenbergerlə görüşüb.

Press.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviter hesabında yazıb.

O bildirib ki, görüşdə ikitərəfli iqtisadi əməkdaşlığın mövcud vəziyyəti nəzərdən keçirilib.

"Görüşdə amerikalı investorların Azərbaycanda fəaliyyətinin genişləndirilməsi potensialı və işğaldan azad edilən ərazilərin bərpasında iştirakı barədə müzakirələr aparılıb", - nazir əlavə edib.

Oxşar xəbərlər
OTACI
OTACI