Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

"Qarabağ"la oyunda heç bir xüsusi taktika olmayacaq" - Patrik Rahmen

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Rəqibin bizimlə eyni səviyyədə olduğunu artıq ilk oyunda gördük. Buna baxmayaraq,  digər qrup matçlarında olduğu kimi bu dəfə də qələbə qazanmaq üçün çalışmalıyıq. Amma "Qarabağ" taktiki cəhətdən yaxşıdır. Rəqib yüksək sürətə malikdir. Meydanın hər qarışı uğrunda mübarizə aparan və gücünü balanslı şəkildə istifadə etməyi bacaran kollektivdir. Buna görə də çətin oyun olacaq".

Press.az xəbər verir ki, bu sözləri  "Bazel"in baş məşqçisi Patrik Rahmen Konfrans Liqasının sonuncu turunda evdə "Qarabağ"la oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

"Qrup birinciliyi uğrunda final qarşılaşmasına çıxacağıq. Bu oyunda qalib gəlmək fikrində olduğumuz üçün heç bir xüsusi taktika olmayacaq. Biz meydanda öz oyunumuzu göstərmək istəyirik. Final fitindən sonra bütün suallara aydınlıq gələcək" - deyə o bildirib.

Rahmen bu oyuna marağın az olduğunu vurğulayıb:  "Qarşılaşmaya 9 mindən az bilet satılıb. Matçın az sayda fanatın iştirakı ilə oynanılması ehtimalı var. İştirak edənlər komandanı yüksək səslə dəstəkləsələr, bu, əlbəttə, bizə kömək edəcək".

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI