Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycanda 30 nəfər toya buraxılmadı - Bu şəxslər isə cərimə edildi

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dekabrın 7-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 135 toy şənliyinin monitorinqini həyata keçirib.  

Daxili İşlər Nazirliyindən (DİN) Press.az-a verilən məlumata görə, monitorinq 129 şadlıq sarayında, altı şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Nəticədə toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 6 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub.

Həmçinin, 30 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Oxşar xəbərlər
OTACI