Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İran və Türkiyə prezidentləri arasında telefon danışığı oldu

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İran Prezidenti İbrahim Rəisi ilə türkiyəli həmkarı Rəcəb Təyyib Ərdoğan arasında telefon danışığı olub.

Press.az xəbər verir ki, telefon danışığı zamanı liderlər ikitərəfli əməkdaşlıq, regional məsələləri müzakirə ediblər. 

Rəisi Tehran və Ankara arasında iqtisadi və ticari əlaqələrin əhəmiyyətindən danışıb və bildirib ki, tezliklə Tehranda iki ölkənin müştərək iqtisadi komissiyası keçiriləcək və əməkdaşlıqlar yeni mərhələyə qədəm qoyaraq inkişaf edəcək: 

"Biz təkidlə bildiririk ki, regiondakı problemlər region daxilində və ölkələrin fəal iştirakı ilə həll olunmalıdır. Əcnəbilərin müdaxiləsinə ehtiyac yoxdur”.

Türkiyə Prezidenti Tehran-Ankara arasındakı müştərək əməkdaşlıq komissiyasının iclasının keçirilməsinin zərurətindən danışıb və qeyd edib ki, Tehrana səfəri zamanı iki ölkənin münasibətləri yeni mərhələyə qədəm qoyacaq və inkişaf edəcək. ("Fars" agentliyi)

Oxşar xəbərlər
OTACI