Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstələri müəyyən edilib - FOTO

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Polis əməkdaşları tərəfindən COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə keçirilən nəzarət-profilaktik tədbirlər zamanı ictimai yerlərdə xəstəliyə yoluxmuş şəxslər aşkar olunublar.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayon sakini Elbəyi Qarayevin testinin nəticələri pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də karantin rejiminin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib. RPŞ-nin əməkdaşları tərəfindən onun olduğu yer müəyyən edilərək müalicə aldığı ünvana geri qaytarılıb. 

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun Şərq qəsəbə sakini Qorxmaz Əliyevin özünütəcrid müddəti bitmədən müalicə aldığı ünvanı tərk etdiyi müəyyən olunub. Saxlanılan şəxsin polis əməkdaşları tərəfindən müalicə aldığı ünvana qaytarılması təmin edilib.

Oxşar xəbərlər
OTACI