Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

XİN Azərbaycanın Ermənistana qarşı iddialarına vahid məhkəmədə baxılmasının mümkünlüyünə aydınlıq gətirib

08 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“İşğaldan irəli gələn beynəlxalq hüquq məsələlərə, pozuntulara, təcavüzün nəticələrinə təəsüflər olsun ki, vahid bir beynəlxalq məhkəmədə baxılmır. Onların bir məhkəmədə baxılması praktik cəhətdən Azərbyacan üçün bu işlərin aparılmasını asanlaşdırardı. Azərbaycan vahid məhkəməyə 30 il ərzində baş vermiş təcavüz siyasətindən, ərazilərinin 30 ilə yaxın işğal altında saxlanması faktlarından başlayaraq, bu müddət ərazində bir milyona yaxın soydaşımızın əsas insan hüquq və azadlıqlarının pozulması faktlarını toplayaraq təqdim edə və həmin məhkəmədə bütün bu hadisələrə vahid yanaşma sərgiləyərək, münasibət bildirməsini tələb edə bilərdik”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Report”un sualını cavablandırarkən deyib.

“Təəsüflər olsun ki, bu mümkün deyil. Çünki beynəlxalq konvensiyaların pozulmasına görə şikayətetmə prosedurları bir-birindən fərqlənir. Burada həm Beynəlxalq Ədalət Məhkəməsi, həm İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, həm də Beynəlxalq Arbitraj Məhkəməsi var. Hansı ki, konkret məsələnin baxılması üçün adətən 3 hakimdən ibarət olan xüsusi məhkəmə formalaşır və həmin məkhəmə konkret konvensiyanın pozulmasına ilə bağlı qaldırılan məsələyə baxır”, - o bildirib.

Oxşar xəbərlər
OTACI