First slide

Mahirə görə "Legiya"dan göndərilir

07 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin də çıxış etdiyi "Legiya" qış transfer pəncərəsində bir neçə futbolçusu ilə yollarını ayıracaq.

Press.az Polşa mətbuatına istinadən xəbər verir ki, onların arasında hücumçular Tomas Pekhart, Rafael Lopeş və yarımmüdafiəçi Andre Martinş var. Varşava təmsilçisinin Pekhartı göndərmək qərarına gəlməsinə səbəb isə onun oyun şansı üçün rəqabətdə Mahirə uduzmasıdır. 

Qeyd edək ki, Tomas ötən mövsüm "Legiya"nın heyətində 22 qolla Polşa çempionatının bombardiri olub. 

Qeyd edək ki, Mahir Emreli "Legiya"ya bu mövsümün əvvəlində "Qarabağ"dan keçib. Hazırda onun aktivində 10 qol var.

Oxşar xəbərlər
OTACI
OTACI