Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göygöldə 30 yaşlı şəxs keçmiş qayınatasını bıçaqlayıb

06 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.

Press.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 5-i saat 18 radələrində rayonun Üçtəpə kəndi ərazisində yerləşən “Rəvan market”in yaxınlığında qeydə alınıb.

Belə ki, Rəsul Məsimovla keçmiş kürəkəni, 1991-ci il təvəllüdlü Səxavət Cəfərov arasında mübahisə düşüb. Nəticədə S.Cəfərov keçmiş qayınatasını bıçaqlayıb.

Faktla bağlı Göyügöl Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığı zərər vurma) maddəsi ilə cinayət işi açılıb, S.Cəfərov şübhəli şəxs qismində saxlanılıb.

Oxşar xəbərlər
OTACI