Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ərdoğan Qətərə səfər edəcək

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 6-7-də Qətərə rəsmi səfər edəcək və burada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Komitəsinin 7-ci iclasında iştirak edəcək.

Press.az-ın məlumatına görə, bu barədə bu barədə Türkiyə Prezidenti Administrasiyasının Ələqələr İdarəsi bildirib.

Səfər Qətər Əmiri Şeyx Təmim bin Həməd əl-Taninin dəvəti ilə baş tutacaq.

Komitənin iclası əl-Taninin sədrliyi və səlahiyyətli qurumların rəhbərlərinin iştirakı ilə Dohada keçiriləcək. Tərəflər ikitərəfli əlaqələri, eləcə də əməkdaşlığın dərinləşdirilməsi üçün mümkün addımları müzakirə edəcəklər.

Liderlər ikitərəfli gündəlikdəki məsələlərlə yanaşı, regionda və dünyada vəziyyətlə bağlı fikir mübadiləsi aparacaqlar.

Komitə iclasının əlaqələrin inkişafına töhfə verəcəyi gözlənilir.

Görüşün yekunları üzrə bir sıra sazişlər və memorandumlar imzalanacaq.

Oxşar xəbərlər
OTACI