First slide

“Azərbaycanda “Hürkuş” təyyarəsinə çox maraq var” - İsmayıl Dəmir

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Azərbaycan Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan "Hürkuş" təlim təyyarəsi ilə xüsusilə maraqlanır".

Press.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir "Milliyet" qəzetinə müsahibəsində bildirib.

İ.Dəmir deyib ki, Türkiyə istehsalı olan amfibiya hücum gəmisi "TCG Anadolu"nun 2022-ci ildə istifadəyə verilməsi gözlənilir və gəmiyə silahlı və silahsız pilotsuz uçuş aparatları olan İHA/SİHA-ların yerləşdirilməsi ilə bağlı layihə davam edir: "Hürkuş" da Azərbaycanda çox marağa səbəb olub. Bu məsələdə tezliklə inkişaflar gözləyirik".

Qeyd edək ki, dekabrın 3-də Azərbaycanda Hərbi Hava Qüvvələrinin N hərbi hissəsində keçirilən "Yüksək səviyyəli müşahidəçi günü"ndə 2 "Hürkuş" hərbi təyyarəsinin nümayiş uçuşları icra olunub.

Oxşar xəbərlər
OTACI