Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Keçmiş polis əməkdaşı qardaşı oğlunu belə güllələdi – ANBAAN VİDEO

05 Dec 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Türkiyədə torpaq üstündə mübahisə zəminində baş verən qətlin görüntüləri üzə çıxıb.

Təqaüddə olan polis məmuru Süleyman.C qardaşı oğlu İlyas Kütükü tapança ilə atəş açaraq öldürüb.

Hadisə anının hər saniyəsi təhlükəsizlik kamerasına düşüb.

İlyas Kütük qanlar içində yerə yıxılarkən, silah səslərini eşidən ətrafdakılar vəziyyəti sağlamlıq və polis qruplarına xəbər verib.

Hadisə yerinə gələn polis qrupları ətrafın təhlükəsizliyini təmin edərkən, ağır yaralı olduğu təsbit edilən Kütük hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Düziçi Dövlət Xəstəxanasına aparılıb.

İlyas Kütük xəstəxanada edilən bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Cinayətdə şübhəli bilinən Süleyman C. hadisəni törətdiyi silahı polisə təhvil verib və təslim olub.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Süleyman C. həbsxanaya göndərilib.

Qətlin baş verdiyi anlar İlyas Kütükün evindəki təhlükəsizlik kamerasına düşüb. İlyas Kütük evinin qarşısında oturarkən əmisi Süleyman C. və həyat yoldaşı Eşme C. oraya gəlib. Süleyman C. ilə İlyas Kütük arasında mübahisə olub. Süleyman C.-nin həyat yoldaşı Eşme C. mübahisənin qarşısını almağa çalışıb.

İkisi arasında qısa mübahisədən sonra Süleyman C. əlindəki silahı İlyas Kütükə tuşlayaraq atəş açıb. İlyas Kütük yerə yıxılıb. Həyat yoldaşı Eşme C. ona mane olmaq istəsə də Süleyman C. qanlar içində yerdə qalan İlyas Kütükə yenidən atəş açmağa davam edib.

 

Oxşar xəbərlər
OTACI